Azerconnect Group-a daxil olan AzerTelecom və Qazaxıstanın KazakhTelecom tərəfindən həyata keçirilən Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin tikintisinə dair videoçarxı təqdim edirik.
Layihə barədə ətraflı məlumat: azertelecom.az/news/official…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan və Qazaxıstanı birləşdirən Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılış mərasimi keçirilib.
18 Oktyabr — tariximizin ən qürurverici səhifələrindən biri, xalqımızın azadlıq və müstəqillik iradəsini əks etdirən Müstəqilliyin Bərpası Günüdür.
Müstəqilliyimiz əbədi olsun!
#AzerconnectGroup #18oktyabr
Azerconnect Group-un baş direktoru Emil Məsimov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Deemah AlYahya ilə görüş keçirib.
Görüşdə şirkətin İKT sahəsində həyata keçirdiyi layihələr, əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
#AzerconnectGroup #DCO
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.
Qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
#AzerconnectGroup #AnımGünü #27Sentyabr
Azerconnect Group “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyasına qoşulub.
Şirkət əməkdaşları proqramda iştirak edərək irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyaclarının qarşılanmasına dəstək olublar.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təcəssüm etdirən mühüm tarixi gündür.
Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edirik!
#AzerconnectGroup #DövlətSuverenliyiGünü
Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
#AzerconnectGroup #MilliMətbuatGünü
TƏBİB və Azerconnect Group arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Ətraflı / More: lnkd.in/dFBCRiKR
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ordumuzu ürəkdən təbrik edir, Vətənimizin keşiyində dayanan bütün hərbçilərimizə şərəfli xidmətlərində uğurlar arzulayırıq!
#26İyun #SilahlıQüvvələrGünü
Ölkəmizin taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Azerconnect Group və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ətraflı: lnkd.in/eySSwyfd
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Baş direktorunun mobil biznes üzrə müavini Müşfiq Əliyev və şirkətin süni intellekt və transformasiya üzrə direktoru Səid Cəfərli tədbir çərçivəsində AI-la bağlı mövzularda müzakirələrə qatılıblar.
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Ətraflı: lnkd.in/eCM26fYP
Azadlıq, milli birlik və qürur rəmzi olan 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Müstəqillik Günümüz Mübarək!
#MüstəqillikGünü #IndependenceDay #28May
Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik, sağlamlıq və ruzi-bərəkət arzulayırıq. Allah etdiyiniz duaları qəbul etsin!
Bu gün xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu Öndəri dərin hörmət və ehtiramla anırıq.
Azerconnect Group və NVIDIA tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “NVIDIA”nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb.
“Azerconnect Group”un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci Yüksəliş müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.
Ətraflı: bit.ly/4mm297S





























